BAKI, 20 oktyabr. TELEQRAF

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Sabah”la qarşılaşan Almaniyanın “Borussiya Dortmund” komandası ikinci qolunu vurub.

Teleqraf xəbər verir ki, görüşün 53-cü dəqiqəsində rəqib futbolçu Seru Qirassi “dubl” edib.
Hazırda hesab 1:2-dir.
***
21:50

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Sabah” və Almaniyanın “Borussiya Dortmund” komandaları arasında keçirilən oyununda ikinci hissəsi başlayıb.

Teleqraf xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda hesab 1:1-dir.

Görüşdə hesabı 10-cu dəqiqədə Seru Qirassi açıb. 39-cu dəqiqədə isə Eyden Makkartinin qolu ilə “Sabah” bərabərliyə imza atıb.

***

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Sabah” və Almaniyanın “Borussiya Dortmund” komandaları arasında keçirilən oyunun ilk hissəsi başa çatıb.

Teleqraf xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda hesab 1:1-dir.

Görüşdə hesabı 10-cu dəqiqədə Seru Qirassi açıb. 39-cu dəqiqədə isə Eyden Makkartinin qolu ilə “Sabah” bərabərliyə imza atıb.

***

21:25

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Sabah” “Borussiya Dortmund”la (Almaniya) oyunda hesab bərabərləşdirib.

Teleqraf xəbər verir ki, 39-cu dəqiqədə Eyden Makkarti qola imza atıb.

Hazırda hesab 1:1-dir.

***
20:56
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Sabah” – “Borussiya Dortmund” oyununda hesab açılıb.

Teleqraf xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda rəqib komanda hesabda irəli çıxıb - 1:0.

FIFA referisi Xavyer Alberola Roxasın idarə etdiyi görüşün 10-cu dəqiqəsində Almaniya təmsilçisinin heyətində Seru Qirassi fərqlənib.

***
20:45

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Sabah” – “Borussiya Dortmund” oyunu start götürüb.

Teleqraf xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilir.

Matçı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edir.