BAKI, 21 oktyabr. TELEQRAF

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni raundu Əbu-Dabidə keçirilə bilər.

Teleqraf "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin və ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında danışıqlar keçirilib. Tərəflər arasında görüş təxminən 3 saat davam edib.

***

18:28

Rusiya Prezidenti Vladimir Putin ABŞ liderinin xüsusi elçisi Stiv Uitkoffa rəsmi Moskvanın Ukrayna böhranının nizamlanması üzrə ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları noyabrın 10-dan sonra bərpa etməyə hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.

Kreml rəsmisinin sözlərinə görə, Rusiya tərəfi münaqişənin həlli istiqamətində dialoqa açıqdır və prosesin noyabrın ilk ongünlüyündən sonra yenidən canlandırılması üçün hazır olduğunu xüsusi elçinin diqqətinə çatdırıb.