BAKI, 20 oktyabr. TELEQRAF
“Şamaxı” 2500 manat cərimələnib.
Teleqraf xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin qərarında bildirilib.
Misli Premyer Liqasının VIII turunda keçirilən “Şamaxı” – “Şəfa” oyununun 85-ci dəqiqəsində meydan sahiblərinin məşqçisi Araz Bağırov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqədən qırmızı vərəqə alıb. O, bir oyunluq cəzalandırılıb, “Şamaxı” klubu isə 2500 manat cərimələnib.
Bundan başqa, qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Şəfa” komandası 700 manat cərimə edilib.
Qeyd edək ki, görüş oktyabrın 16-da Misli Premyer Liqasının VIII turu çərçivəsində keçirilib.