BAKI, 11 oktyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının VII turunda “Qarabağ” və “İmişli” komandaları qarşılaşıb.
Teleqraf xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan görüş qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Qarabağ”ın qollarını Aleksey Kaşuk (59-cu dəqiqə) və Jali Muaddib (88-ci dəqiqə) vurublar.
Bu nəticədən sonra “Qarabağ” 16 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “İmişli” isə 4 xalla doqquzuncu yerdədir.
Qeyd edək ki, tura “Şəfa” –
“Turan Tovuz” görüşü ilə yekun vurulacaq. “SOCAR Polymer Arena”da keçiriləcək matç saat 18:30-da başlayacaq.