BAKI, 10 oktyabr. TELEQRAF
Dördqat Formula-1 çempionu Maks Ferstappen Sinqapur Qran-prisinin sprint yarışının qalibi olub.
Teleqraf xəbər verir ki, “Red Bull” komandasının pilotu Marina-Bey trasında keçirilən yarışı birinci pillədə başa vurub.
“Ferrari” pilotları Lüis Hemilton və Şarl Lekler müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Sinqapur Qran-prisi
Sprint yarışı
1. Maks Ferstappen (“Red Bull”) – 20 dövrə
2. Lüis Hemilton (“Ferrari”) – +2,591 saniyə
3. Şarl Lekler (“Ferrari”) – +16,871 saniyə