BAKI, 10 oktyabr. TELEQRAF
Çin Silahlı Qüvvələri ABŞ ordusu ilə qarşılıqlı əlaqəni gücləndirməyə və əməkdaşlığı genişləndirməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Bildirilib ki, Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çen Sİ bəyan edib ki, Çin ordusu iki ölkə rəhbərinin əldə etdiyi mühüm razılaşmaları lazımi səviyyədə yerinə yetirmək üçün ABŞ tərəfi ilə birgə işləmək əzmindədir:
“Biz dialoqu gücləndirməyə, mübadilə və əməkdaşlığı genişləndirməyə hazırıq. Bu addım Çin və ABŞ arasında hörmət, ədalət və qarşılıqlı faydaya əsaslanan konstruktiv strateji sabitlik münasibətlərinin qurulmasına yeni təkan verəcək”, - o qeyd edib.