BAKI, 10 oktyabr. TELEQRAF
Ukraynanın paytaxtı Kiyevdə elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi səbəbindən su təchizatında ciddi problemlər yaranıb.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı şəhərin meri Vitali Kliçko təsdiqləyib.
Mer şəhər ətrafında yerləşən strateji enerji obyektlərindən birinin zədələndiyini bildirib:
“Kiyev vilayətində enerji obyektinin zədələnməsi səbəbindən şəhərdə elektrik enerjisi kəsilib və su təchizatında fasilələr yaranıb”.
Məlumata görə, qəzadan dərhal sonra şəhərin böyük hissəsində işıqlar tamamilə sönüb. Bunun ardınca "DTEK" enerji holdinqi bütün Kiyev ərazisində kütləvi qəza kəsintilərinin tətbiq olunduğunu elan edib.