BAKI, 10 oktyabr. TELEQRAF

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında baş tutan telefon danışığının böyük hissəsi Amerika tərəfinin xahişi ilə Ukrayna münaqişəsinin nizamlanmasına həsr olunub.

Teleqraf xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, danışıq zamanı Putin rusiyalı hərbçilərin qarşısında duran hədəflərin və xüsusi hərbi əməliyyatın vəzifələrinin dəyişməz olaraq qaldığını vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə reallaşan bu telefon danışığı oktyabrın 9-da baş tutub.