BAKI, 6 avqust. TELEQRAF
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev zədələnib.
Teleqraf xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində səfərdə Ukrayna təmsilçisi “Dinamo” (Kiyev) ilə keçirilən oyunun 75-ci dəqiqəsində zədələnib.
Rəqiblə mübarizə zamanı yerə yıxılan və ayağından zərbə alan Cəfərquliyev görüşü davam etdirə bilməyib. Onu Bruno Lanqa əvəzləyib.
Qeyd edək ki, “Dinamo” (Kiyev) - “Qarabağ” qarşılaşması rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.