BAKI, 26 iyun. TELEQRAF

2026-cı il Dünya çempionatının qrup mərhələsində son oyunlar keçirilir.

Teleqraf xəbər verir ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundialda 6 qrupun oyunları başa çatdıqdan sonra 1/32 final mərhələsi üçün daha 3 cütlük müəyyənləşib.

Başa çatan matçlardan sonra pley-offun ilk cütlüyü Cənubi Afrika - Kanada olmuşdu.

Son oyunların nəticələrinə əsasən, Niderland Mərakeşlə, ABŞ Bosniya və Herseqovina ilə, Braziliya isə Yaponiya ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/32 final mərhələsinə iyunun 28-də start veriləcək. Açılış matçında Kanada Cənubi Afrika ilə üz-üzə gələcək. Mərhələnin oyunları iyulun 4-də başa çatacaq.