BAKI, 26 iyun. TELEQRAF

DÇ-2026-nın qrup mərhələsində keçirilən Türkiyə-ABŞ matçı ulduzların marağına səbəb olub.

Teleqraf xəbər verir ki, Los-Ancelesdəki "SoFi Stadionu"nda baş tutan qarşılaşmanı şou-biznes və idman dünyasının tanınmış simaları izləyiblər.

Tribunalarda Leonardo Di Kaprio, Bred Pitt, Edvard Norton, Kolin Farrell, Paris Hilton, Cessika Alba və Vill Ferrell kimi məşhurlar yer alıblar.

ABŞ vitse-prezidenti Ceyms Devid Vensin həyat yoldaşı Uşa Vens də qarşılaşmanı stadiondan izləyənlər sırasında yer alıb.

Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupundakı son oyununda ABŞ-a 3:2 hesabı ilə qalib gəlib. ABŞ yığması isə məğlubiyyətə baxmayaraq, qrup lideri kimi pley-offa yüksəlib.