BAKI, 26 iyun. TELEQRAF
Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella DÇ-2026-nın qrup mərhələsində ABŞ-a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.
Teleqraf xəbər verir ki, italiyalı mütəxəssis komandasının bu qələbəni xarakter nümayiş etdirərək qazandığını bildirib.
“98-ci dəqiqədə Kaanın sevinci hamımızın sevincidir. Bu, bizim matça necə hazırlaşdığımızı göstərir. Millimiz bunu haqq etmir. Həm komanda, həm də prezident üçün çox yaxşı oldu. Hər kəs kimi mən də duyğulandım”.
O, ABŞ üzərində qələbənin komanda üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb:
“Bu qələbəni qazanmaq çox vacib idi. Çünki şərəfimiz üçün oynadıq. Bunu bacardıq və xoşbəxtik. Milliyə kimi çağırmışıqsa, oynaya biləcək vəziyyətdədir. İlk dəqiqədə qol buraxdıq. Nə etdiyini bilən komanda olmasaydıq, matçı çevirə bilməzdik. Bunu hər kəsə göstərdik. İlk 2 matçda da bu ruhu ortaya qoyduq, amma futbolda bəzən alınmır”.
Baş məşqçi futbolçularına yönələn tənqidlərə də münasibət bildirib:
“Futbolçularımın heç vaxt bu qədər spesifik hücumları haqq etdiyini düşünmürəm. Ona görə də bu qələbəni qazandıqları üçün çox xoşbəxt oldum. Bugünkü qələbə 1000 zəfərə bərabər oldu".
Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupundakı son oyununda ABŞ-a 3:2 hesabı ilə qalib gəlib.