BAKI, 26 iyun. TELEQRAF

Dünya çempionatları tarixində 32 illik tamaşaçı rekordu yenilənib.

Teleqraf "Reuters"ə istinadla xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026-nı stadionlardan izləyən azarkeşlərin sayı 3,6 milyonu keçib.

Bununla da 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında qeydə alınan 3 milyon 587 min 538 tamaşaçılıq rekord geridə qalıb.

Qeyd edək ki, ümumilikdə 16 stadionda keçirilən turnir iyulun 19-da final matçı ilə başa çatacaq.