BAKI, 26 iyun. TELEQRAF
Türkiyə millisinin futbolçusu Arda Gülər dünya çempionatları tarixinə düşüb.
Teleqraf xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın qrup mərhələsində ABŞ-la keçirilən matçda fərqlənib.
Arda qarşılaşmanın 10-cu dəqiqəsində rəqib qapısına yol tapıb.
Bu, Türkiyə yığmasının 24 ildən sonra Dünya Çempionatında vurduğu ilk qol oldu.
Həmçinin o, milli komandanın DÇ tarixində qol vuran ən gənc futbolçusu olub. Daha əvvəl bu ünvanın sahibi Emre Belözoğlu idi.
Qeyd edək ki, ABŞ - Türkiyə matçı davam edir. Hazırda hesab 2:2-dir.