BAKI, 25 iyun. TELEQRAF
"Bayer"in futbolçusu Patrik Şik Çexiya millisindəki karyerasını başa vurub.
Teleqraf xəbər verir ki, bu barədə Çexiya Futbol Federasiyası məlumat yayıb.
O, bu qərarı Çexiya yığmasının DÇ-2026-dakı uğursuz çıxışından bir gün sonra, növbəti mərhələ şanslarını itirdikdən dərhal sonra verib.
Çexlər A qrupunda Cənubi Koreyaya 1:2, Meksikaya 0:3 hesabı ilə uduzub, CAR-la 1:1 heç-heçə edib və 1 xalla sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2016-cı ildən Çexiya millisində çıxış edirdi. O, yığmada 56 oyuna 26 qol vurub.