BAKI, 26 iyun. TELEQRAF
Ekvador millisi futbol üzrə dünya çempionatının qrup mərhələsinin son turunda Almaniya yığmasını 2:1 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərindəki "MetLife" stadionunda keçirilən görüşdə Ekvadorun qollarını 9-cu dəqiqədə Nilson Anqulo və 77-ci dəqiqədə Qonsalo Plata vurublar. Almaniya yığmasının yeganə qoluna isə oyunun 2-ci dəqiqəsində Leroy Sane imza atıb.
Bu nəticədən sonra Ekvador millisi qrup mərhələsini 4 xalla üçüncü pillədə başa vurub və ən yaxşı üçüncü yer sahiblərindən biri kimi pley-offa yüksəlib. Qrupu 6 xalla Almaniya və Kot-d'İvuar yığmaları ilk iki pillədə tamamlayıblar. Kurasao millisi isə 1 xalla sonuncu olub.
***
01:39
DÇ-2026-nın E qrupunda Ekvador və Almaniya yığmaları qarşılaşır.
Teleqraf xəbər verir ki, matçın 78-ci dəqiqəsində Ekvador 2-1 hesabı ilə önə keçib.
***
00:50
DÇ-2026-nın E qrupunda Ekvador və Almaniya yığmaları qarşılaşır.
Teleqraf xəbər verir ki, matçın ilk hissəsi 1-1 hesabı ilə başa çatıb.
***
00:09
Ekvador millisi hesabı bərabərləşdirdi.
Teleqraf xəbər verir ki, Nilson Angulo 9-cu dəqiqədə hesaba tarazlıq gətirib.
***
00:02
Almaniya millisi erkən qolla hesabı açıb.
Teleqraf xəbər verir ki, 2-ci dəqiqədə Leroy Sane fərqlənib.
00:00
***
DÇ-2026-nın E qrupunda Ekvador və Almaniya yığmaları arasında oyun başlayıb.
Teleqraf xəbər verir ki, matç Bakı vaxtı ilə saat 00:00-da start götürüb.
Qarşılaşma qrup mərhələsinin sonuncu - III turu çərçivəsində keçirilir.
Qeyd edək ki, qrupun digər matçında Kurasao Fil Dişi Sahili ilə üz-üzə gəlir.