BAKI, 26 iyun. TELEQRAF
Fil Dişi Sahil millisi futbol üzrə dünya çempionatının qrup mərhələsinin son turunda Kurasao yığmasını 2:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə turnirin pley-off mərhələsinə yüksəlib.
Teleqraf xəbər verir ki, Filadelfiyada keçirilən qarşılaşmada hər iki qolu Nikola Pepe vurub. O, oyunun 7-ci və 64-cü dəqiqələrində fərqlənərək komandasına qələbə qazandırıb.
Bu nəticədən sonra Fil Dişi Sahil millisi 6 xalla E qrupunu ikinci pillədə başa vuraraq 1/16 finala vəsiqə əldə edib. Afrika təmsilçisi daha əvvəl 2006, 2010 və 2014-cü illərdə dünya çempionatlarında iştirak etsə də, heç vaxt pley-off mərhələsinə yüksələ bilməmişdi.
Fil Dişi Sahil yığması 1/16 finalda I qrupunun ikincisi ilə qarşılaşacaq. Hazırda həmin yer uğrunda Fransa və Norveç milliləri mübarizə aparır. Oyun iyunun 30-da ABŞ-nin Arlinqton şəhərində keçiriləcək.
***
01:27
Kurasao-Fil Dişi Sahili qarşılaşması keçirilir.
Teleqraf xəbər verir ki, Fil Dişi Sahili 64-cü dəqiqədə hesabı 2-0 edib.
***
00:07
Kurasao-Fil Dişi Sahili qarşılaşması keçirilir.
Teleqraf xəbər verir ki, ilk hissəs Fil Dişi Sahili yığmasının 1-0 hesablı üstünlüyü ilə başa çatıb.
***
00:07
Kurasao-Fil Dişi Sahili qarşılaşmasında hesab açılıb.
Teleqraf xəbər verir ki, Fil Dişi Sahili yığmasının futbolçusu Nikolas Pepe 7-ci dəqiqədə fərqlənib.
***
00:00
DÇ-2026-nın qrup mərhələsinin sonuncu - III turuna start verilib.
Teleqraf xəbər verir ki, günün ilk matçları E qrupunda keçiriləcək.
Kurasao-Fil Dişi Sahili qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayıb.
Qeyd edək ki, E qrupunun digər oyununda Ekvador Almaniya ilə qarşılaşır.