BAKI, 25 iyun. TELEQRAF

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatında tarixi göstəriciyə imza atıb.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, bu, Braziliya yığmasının qrup mərhələsinin III turunda Şotlandiyanı 3:0 hesabı ilə məğlub edərək 7 xalla qrup lideri kimi 1/16 finala yüksəlməsindən sonra reallaşıb.

2010-cu ildə İngiltərə millisini dünya çempionatının pley-off mərhələsinə çıxaran Fabio Kapellodan sonra italiyalı məşqçilər bu uğuru təkrarlaya bilməmişdilər. Ançelotti isə Braziliya millisini pley-offa yüksəltməklə 16 illik uğursuzluğa son qoyub.

Qeyd edək ki, 67 yaşlı mütəxəssis 2025-ci ilin yayında Madridin “Real” klubundan ayrıldıqdan sonra Braziliya millisinin baş məşqçisi təyin olunub. İtaliya yığması isə ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyib.