BAKI, 25 iyun. TELEQRAF

DÇ-2026-nın pley-off mərhələsinə yüksələn 13 komanda müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu, A, B və C qruplarında son turun oyunlarından sonra rəsmiləşib.

Pley-off mərhələsinə vəsiqə qazanan komandalar Meksika, ABŞ, Kanada, Almaniya, Fransa, Argentina, Norveç, Kolumbiya, İsveçrə, Braziliya, Mərakeş, Bosniya və Herseqovina, həmçinin Cənubi Afrika Respublikasıdır.

Həmçinin, pley-offda mübarizə aparacaq yığmalar arasında “Qarabağ”ın qapıçısı Martin Zlomisliçin yer aldığı Bosniya və Herseqovina millisi də var. Balkan təmsilçisi B qrupunu 4 xalla üçüncü pillədə başa vurmasına baxmayaraq, ən yaxşı üçüncü yerlər sıralamasında ilk səkkizlikdə qalacağını təmin edərək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, pley-off mərhələsində indiyədək yalnız bir cüt müəyyənləşib. Cənubi Afrika Respublikası Kanada ilə qarşılaşacaq.