BAKI, 14 iyun. TELEQRAF

2026-cı il dünya çempionatında C qrupunda Haiti - Şotlandiya oyunu matçı başa çatıb.

Teleqraf xəbər verir ki, matçın yeganə qolunu Şotlandiya millisinin üzvü Con Makgin vurub.

Beləliklə, ilk turun oyunlarından sonra Şotlandiya qrupda lidder olub.

06:10

2026-cı il dünya çempionatında C qrupunda Haiti - Şotlandiya oyununda ikinci hissə başlayıb.

***

05:54

2026-cı il dünya çempionatında C qrupunda Haiti - Şotlandiya oyununda ilk hissə yekunlaşıb.

Teleqraf xəbər verir ki, Boston stadionunda keçirilən matçda avropalılar hesabda öndədirlər - 1:0.

***

05:31

2026-cı il dünya çempionatında C qrupunda Haiti millisi Şotlandiya ilə üz-üzə gəlir.

Teleqraf xəbər verir ki, şotlandlar ilk hissədə üstünlüyü ələ keçiriblər.
Yığmanın qolunu Con Makgin vurub.

***

05:00

2026-cı il dünya çempionatında C qrupunun növbəti oyunu keçirilir.

Teleqraf xəbər verir ki, Haiti millisi Şotlandiya ilə üz-üzə gəlir.

Görüş bu gün Bakı vaxtilə saat 05:00-da start götürüb.

Qeyd edək ki, qrupun ilk qarşılaşmasında Braziliya yığması Mərakeş ilə 1:1 hesablı heç-heçə edib.