BAKI, 13 iyun. TELEQRAF

Dünya çempionatının Kanada - Bosniya və Herseqovina matçı bərabərliklə yekunlaşıb.

Teleqraf xəbər xerir ki, 1:1 hesablı bərabərliklə tərəflər xalları bölüşüb.

***

00:41

Dünya çempionatının Kanada - Bosniya və Herseqovina matçında hesab bərabərləşib.

Teleqraf xəbər verir ki, bərabərlik qolunu 79-cu dəqiKanada yığmasının futbolçu Kayl Larin vurub.

Beləliklə, o, milli komanda ilə qollarının sayını 31-ə çatdırıb.

***

00:06

Kanada - Bosniya və Herseqovina matçında ikinci hissə başlayıb.

Teleqraf xəbər verir ki, Bosniya və Herseqovina yığması 1:0 öndədir.

***

23:50

Kanada - Bosniya və Herseqovina matçında ilk hissə başa çatıb.

Teleqraf xəbər verir ki, qarşılaşmanın birinci hissəsi bosniyalıların üstünlüyü ilə bitib - 1:0.

***

23:23

Dünya çempionatının Kanada - Bosniya və Herseqovina qarşılaşmasında hesab açılıb.

Teleqraf xəbər verir ki, 9-cu dəqiqədə Bosniya və Herseqovina millisinin futbolçusu Cova Lukiç fərqlənib.

O, milli komanda ilə matçda ilk dəfə fərqlənib.

***

23:00

2026-cı il FIFA Dünya Kubokunda B qrupunun mübarizəsinə start verilir.

Teleqraf xəbər verir ki, qrupun açılış matçında ev sahibi Kanada Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq.

Görüş Kanadanın Toronto şəhərində keçiriləcək. Mundialın ev sahiblərindən biri olan Kanada doğma azarkeşləri önündə turnirə qələbə ilə başlamağa çalışacaq.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada təşkil olunur.