BAKI, 6 iyun. TELEQRAF
Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandanın kapitanı Lionel Messinin 2026-cı il dünya çempionatında iştirak ehtimalı barədə danışıb.
Teleqraf ESPN-ə istinadən xəbər verir ki, mütəxəssis mayın sonunda zədələnən 37 yaşlı hücumçunun vəziyyətinin yaxşı olduğunu bildirib.
Skaloninin sözlərinə görə, Messi artıq komanda ilə birlikdə məşqlərdə iştirak edir və sağalma prosesi uğurla davam edir.
Baş məşqçi Messinin DÇ-2026-da çıxış edib-etməyəcəyi ilə bağlı konkret açıqlama verməsə də, futbolçunun mundiala qədər tam hazır vəziyyətə gələcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirin son qalibi Argentina millisidir.