BAKI, 3 iyun. TELEQRAF
UEFA böyük turnirlər öncəsi pley-off mərhələlərinin keçirilmə formatında dəyişiklik edib.
Teleqraf xəbər verir ki, Avropa çempionatının keçirilməsi ilə bağlı 17.01 bəndinə dəyişiklik edib.
Yeni qaydalara əsasən, birinci səbətdə yer alan komandalar avtomatik üstünlük qazanacaq və pley-off yarımfinal və final oyunlarını öz meydanlarında keçirəcəklər.
Əvvəllər final mərhələyə vəsiqə uğrunda keçirilən pley-off oyunlarında ev sahibi püşk əsasında müəyyən edilirdi. Bu səbəbdən İtaliya, Danimarka və Türkiyə kimi milli komandalar həlledici görüşləri səfərdə keçirmək məcburiyyətində qalmışdı.
Qeyd edək ki, daha əvvəl, 2026-cı il Dünya Kubokuna vəsiqə uğrunda pley-off mərhələsinin finalında Türkiyə Kosovoya qalib gəlmiş, Danimarka və İtaliya isə səfər oyunlarından sonra müvafiq olaraq Çexiya və Bosniyaya uduzmuşdular.