BAKI, 12 may. TELEQRAF

İngiltərənin “Mançester Siti” klubu Fransa təmsilçisi “Lill”in futbolçusu Matias Fernandes-Pardonu transfer etməyə hazırlaşır.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqa klubunun skautları 21 yaşlı hücumçunun çıxışlarını yaxından izləyir.

İspaniyalı futbolçu həm də “Atletiko Madrid”in transfer siyahısında yer alır. “Lill” rəhbərliyi Matias üçün 60 milyon avro tələb edir.

Qeyd edək ki, Matias Fernandes-Pardo cari mövsüm “Lill”in heyətində Liqa 1-də 28 oyuna çıxıb, 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.