BAKI, 11 may. TELEQRAF
2026-cı il UEFA Çempionlar Liqasının final oyununun hakim təyinatları açıqlanıb.
Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verilir ki, PSJ (Fransa) ilə “Arsenal” (İngiltərə) arasında keçiriləcək həlledici qarşılaşmanı almaniyalı baş hakim Daniel Zibert idarə edəcək.
FIFA referisi 2015-ci ildən beynəlxalq səviyyədə oyunlara təyinat alır. O, AVRO-2020-də üç, AVRO-2024-də isə iki oyunu idarə edib.
42 yaşlı referi cari mövsümdə Çempionlar Liqasında 9 qarşılaşmada baş hakim olub. O, bu oyunlar arasında “Sportinq” – “Arsenal” (1/4 finalın ilk oyunu) və “Arsenal” – “Atletiko” (yarımfinalın cavab görüşü) matçlarını da idarə edib.
Qeyd edək ki, final görüşü mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə yerləşən “Puşkaş Arena”da baş tutacaq.