BAKI, 10 may. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXXI turunda “Neftçi” və “Şamaxı” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, “Palms Sport Arena”da baş tutan görüş “ağ-qaralar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

FIFA referisi Tural Qurbanovun idarə etdiyi oyunda qolları Emin Mahmudov (1-ci dəq), İmad Faraj (47-ci dəq) və Breno Almeyda (83-cü dəq) vurublar.

Bu nəticədən sonra Yuri Vernidubun komandası 53 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Ayxan Abbasovun kollektivi isə 35 xalla 8-ci pillədə yer alıb.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində “İmişli” – “Zirə” (0:0), “Qəbələ” – “Qarabağ” (1:1) oyunları heç-heçə ilə nəticələnib. “Kəpəz” çempion “Sabah”ı 1:0, “Sumqayıt” isə “Araz-Naxçıvan”ı 2:1, “Turan Tovuz” isə “Karvan-Yevlax”ı 1:0 hesabı ilə məğlub edib.