QƏBƏLƏ, 9 may. TELEQRAF
“Azərbaycan Kubokunun yarımfinalında “Sabah”la oyundakı cəzalarla bağlı nə deyim? Normal qərarlardır. Doğrudan da aqressivlik olub. Biz tərəfdən hakimə təzyiq göstərilib. Deyəcək söz yoxdur. AFFA qərar verib, biz də razılaşmalıyıq”.

Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının XXXI turunda səfərdə “Qəbələ” ilə 1:1 hesabı ilə başa çatan oyunla bağlı fikirlərini də bölüşüb:

“Burada həmişə hava ağır olur. Bu da səfər komandaları üçün çətinlik yaradır. Bu baxımdan əvəzetmələrdə risk etmədik. Çempionatın sonuna yaxınlaşmışıq. Həm psixoloji, həm də fiziki yorğunluq futbolçularda özünü göstərir”.