BAKI, 8 may. TELEQRAF
Almaniya təmsilçisi “Bavariya”nın və Kanada millisinin futbolçusu Alfonso Devis uzun müddətə sıradan çıxıb.
Teleqraf xəbər verir ki, buna səbəb UEFA Çempionlar Liqasında PSJ-yə qarşı oyunda aldığı zədədir.
Tibbi müayinədən sonra 25 yaşlı futbolçuda sol budun arxa səthində zədə aşkarlanıb. Onun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Bu vəziyyət Devisin DÇ-2026-nın başlanğıc mərhələlərində iştirakını sual altına salır. Alfonso Devis Kanada yığmasının əsas oyunçularından biri və kapitanıdır.
Qeyd edək ki, Alfonso Devis bu mövsüm 23 oyunda iştirak edib, 1 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.