BAKI, 8 may. TELEQRAF
FIFA Norveç millisində çıxış etmək istəyən “Budo/Qlimt”in qapıçısı Nikita Xaykinə icazə verməyib.
Teleqraf NTB-ə istinadən ki, futbolçunun vətəndaşlıq dəyişmə proseduru FIFA nizamnaməsində yer alan ölkədə yaşama müddəti tələblərinə uyğun gəlməyib.
Qaydalara əsasən, 18 yaşdan yuxarı futbolçunun milli komanda dəyişməsi üçün yeni ölkədə fasiləsiz azı 5 il yaşaması və hər 12 aylıq dövrdə ən azı 183 gün həmin ölkədə olması tələb olunur.
Xatırladaq ki, Nikita Xaykinin aprelin 10–da Norveç pasportu aldığı bildirilir. Lakin 2025-ci ilin oktyabrında onun FIFA sistemində Böyük Britaniya vətəndaşı kimi qeyd olunduğu iddia edilib. Futbolçu daha əvvəl Norveç millisində oynamaq istədiyini, bu qərarın isə ailə səbəbləri ilə bağlı olduğunu, nişanlısının Norveç vətəndaşı olduğunu açıqlayıb.
Qapıçı 2019-cu ildən “Budo/Qlimt”də çıxış edir və komanda ilə Çempionlar Liqasında bir mövsümdə seyvlərin sayına görə rekord da müəyyən edib.