BAKI, 7 may. TELEQRAF
UEFA Çempionlar Liqasında növbəti finalçı müəyyənləşib.
Teleqraf xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə Almaniyanın “Bavariya” klubu doğma meydanda Fransanın PSJ komandasını qəbul edib.
Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Komandalar arasında ilk oyunda PSJ 5:4 hesablı qələbə qazandığından, iki oyunun nəticəsinə görə Paris təmsilçisi finala yüksəlib.
Qeyd edək ki, PSJ həlledici görüşdə İngiltərənin “Arsenal” klubu ilə üz-üzə gələcək.