"Arsenal"ın hücumçusu Viktor Qyökereş növbəti dəfə penalti zərbəsində səhv etməyib.
Teleqraf "Opta"ya istinadla xəbər verir ki, isveçli forvard Çempionlar Liqasının yarımfinal mərhələsində "Atletiko Madrid"ə qarşı keçirilən ilk oyunda (1:1) komandasının yeganə qolunu penaltidən vurub.
Beləliklə, Qyökereş klub və milli komanda səviyyəsində yerinə yetirdiyi son 27 penalti zərbəsinin hamısını dəqiq icra edib.
Hücumçunun uğurlu penalti seriyası 2024-cü ilin mart ayında, o hələ Lissabon "Sportinq"ində çıxış etdiyi dövrdə başlayıb.