BAKI, 30 aprel. TELEQRAF

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin futbolçusu adına namizədlər müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

PSJ-dən Usman Dembele və “Atletiko Madrid”dən Antuan Qrizmann namizədlər arasındadır.

Xatırladaq ki, Dembele "Bavariya" ilə oyunda (5:4) dubl və məhsuldar ötürmə ilə yadda qalıb.