BAKI, 30 aprel. TELEQRAF

Səudiyyə Ərəbistanı Liqasının XXX həftəsində "Əl-Nəsr" evdə "Əl-Əhli"ni 2:0 hesabı ilə məğlub etdi.

Teleqraf xəbər verir ki, final fiti səsləndikdən sonra hər iki komandanın oyunçuları arasında gərginlik yaranıb.

Türkiyə millisinin və "Əl-Əhli" komandasının futbolçusu Merih Demiral "Əl-Nəsr"in ulduzu Kriştianu Ronaldu, daha sonra isə Kinqsli Komanla üz-üzə gəlib.

Vəzifəli şəxslərin müdaxiləsi ilə tərəflər sakitləşdirilib.

Sözügedən görüntüləri təqdim edirik: