BAKI, 29 aprel. TELEQRAF
PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.
Teleqraf xəbər verir ki, ispaniyalı mütəxəssis turnirdə keçirdiyi 77 oyunda 50-ci qələbəsini qazanaraq bu göstəriciyə ən sürətli çatan baş məşqçi olub.
Beləliklə, Luis Enrike Çempionlar Liqası tarixində 50 qələbə həddinə ən az oyun sayı ilə yüksələn məşqçi kimi tarixə düşüb.
Qeyd edək ki, PSJ Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında "Bavariya"nı evdə 5:4 hesabı ilə məğlub edib.