Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında PSJ evdə "Bavariya"nı məğlub edib - 5:4.

Teleqraf xəbər verir ki, vurulan qolların sayına görə qarşılaşma ÇL tarixinə düşüb.

Belə ki, Çempionlar Liqasının yarımfinal matçında ilk dəfə doqquz qol vurulub.

Yalnız turnirin köhnə adı (red. Avropa Çempion Klublar Kuboku) altında oynanıldığı 1959/1960 mövsümündə "Frankfurt" - "Reyncers" matçı 6:3 hesabı ilə başa çatmışdı.

Həmçinin bu, tarixdə hər iki komandanın Çempionlar Liqasının yarımfinalında 4 və ya daha çox qol vurduğu ilk haldır.

Qeyd edək ki, cavab matçı mayın 6-sı Bakı vaxtilə saat 23:00-da Almaniyada oynanılacaq.