BAKI, 29 aprel. TELEQRAF
UEFA Çempionlar Liqasında 1/2 final mərhələsinə start verilib.
Teleqraf xəbər verir ki, yarımfinalın ilk matçında Fransa təmsilçisi PSJ Almaniyanın "Bavariya" komandasını qəbul edib - 5:4.
İsveçrəli baş hakim Sandro Şererin idarə etdiyi görüşdə qolları Xviça Kvaratsxeliya (24; 56), Juan Neveş (33), Usman Dembele (45+5 -pen, 58); Harri Keyn (17 - pen.), Maykl Olise (41), Dayo Upamekano (65), Luis Dias (68) vurublar.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü mayın 6-da baş tutacaq.
Yarımfinalın digər matçında sabah "Atletiko Madrid" İspaniyada İngiltərə təmsilçisi "Arsenal”ı qəbul edəcək.