BAKI, 28 aprel. TELEQRAF
UEFA Çempionlar Liqasında yarımfinal həyəcanı başlayır.
Teleqraf xəbər verir ki, yarımfinal mərhələsinin ilk görüşündə PSJ evdə "Bavariya"nı qəbul edəcək.
Görüşə Bakı vaxtilə 23:00-da start veriləcək. Matçın baş hakimi isveçrəli Sandro Şerer olacaq.
Turun digər görüşü "Arsenal" - "Atletiko Madrid" qarşılaşması isə sabah eyni saatda baş tutacaq.
Çempionlar Liqasının bu mərhələsinin cavab oyunları 5-6 may tarixlərində keçiriləcək və finalçılar müəyyənləşəcək.