BAKI, 21 aprel. TELEQRAF

İngiltərə Premyer Liqasında mövsümün bitməsinə 5 həftə qalmış aşağı liqaya düşəcək ilk komanda müəyyənləşib.

Teleqraf xəbər verir ki, "Vulverhempton" aşağı liqaya düşən ilk komanda olub.

Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Vulverhempton" "Vest Hem"in "Kristal Palas"a (0:0) qarşı xal qazanmasından sonra liqada qalmaq şansını itirib.

"Vulverhempton" 33 həftə ərzində cəmi 17 xal toplayıb.