BAKI, 19 aprel. TELEQRAF
İngiltərə Premyer Liqa tarixində bir mövsümdə ən çox məhsuldar ötürmə edən futbolçuların siyahısı yenilənib.
Teleqraf "Opta"ya istinadla xəbər verir ki, Bruno Fernandes 2025/26 mövsümündə artıq 18 məhsuldar ötürməyə imza ataraq ən yaxşılar sırasına yüksəlib. Mövsüm davam etdiyi üçün portuqaliyalı yarımmüdafiəçinin rekordu yeniləmək şansı qalır.
Hazırda Premyer Liqa tarixinin bir mövsümdə assist rekordu 20 ötürmə ilə iki futbolçuya məxsusdur. Bunlar Kevin De Bruyne (2019/20) və Tyerri Anri (2002/03) olub.
Qeyd edək ki, De Bruyne Premyer Liqanın ən yaxşı 11 mövsümündən dördündə ən çox məhsuldar ötürmə edən futbolçu olub.
Kevin De Bruyne - 20 (2019-20)
Tyerri Anri - 20 (2002-03)
Mesut Özil - 19 (2015-16)
Məhəmməd Salah - 18 (2024-25)
Frenk Lempard - 18 (2004-05)
Kevin De Bruyne - 18 (2016-17)
Sesk Fabreqas - 18 (2014-15)
Bruno Fernandes - 18 (2025-26)
Sesk Fabreqas - 17 (2007-08)
Erik Kantona - 16 (1992-93)
Kevin De Bruyne - 16 (2017-18)
Kevin De Bruyne -16 (2022-23)