BAKI, 18 aprel. TELEQRAF
Lionel Messinin çıxış etdiyi "İnter Mayami" komandaya yeni baş məşqçi cəlb etməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Daha əvvəl MLS klubunun Xavi Hernandez və Marselo Qallarda ilə maraqlandığı bildirilsə də, ABŞ təmsilçisinin yaxın zamanda belə bir təyinatı gerçəkləşdirmək fikri yoxdur.
Müvəqqəti məşqçi vəzifəsini Gilyermo Hoyos icra edəcək.
Qeyd edək ki, komandanın argentinalı baş məşqçisi Xavyer Maskerano yaxın günlərdə istefa verib. 2024-cü ilin noyabrından “İnter Mayami”ni çalışdıran Xavyerin rəhbərliyi altında klub tarixində ilk dəfə olaraq MLS çempionu titulunu qazanıb.