BAKI, 18 aprel. TELEQRAF

Çempionşipin 43-cü həftəsində liqa lideri "Koventri Siti" səfərdə "Blekbörn"lə 1:1 hesablı heç-heçə edib.

Teleqraf xəbər verir ki, xal ehtiyatını 86-ya çatdıran "Koventri" mövsümün bitməsinə 3 həftə qalmış Premyer Liqaya yüksəlməyi təmin edib.

Sonuncu dəfə 2001-ci ildə Premyer Liqada mübarizə aparan "Koventri" 25 ildən sonra turnirə vəsiqə qazanıb.

Qeyd edək ki, "Koventri"nin baş məşqçisi Frenk Lempard məşqçilik karyerasında ilk çempionluq titulunu qazanıb.