BAKI, 17 aprel. TELEQRAF
Mövsümün sonunda “Bornmut”la müqaviləsi başa çatacaq Markos Senesi Premyer Liqada başqa kluba keçə bilər.
Teleqraf “The Athletic”ə istinadən bildirir ki, “Tottenhem” yay transfer pəncərəsində azad agent statusu əldə edəcək argentinalı mərkəz müdafiəçisini heyətinə qatmaq niyyətindədir.
London klubu Premyer Liqada qalmağı təmin edərsə, 28 yaşlı futbolçunun komandaya keçidi reallaşa bilər.
Qeyd edək ki, Senesi cari mövsümdə “Bornmut” forması ilə 33 oyuna çıxıb, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
"Tottenhem" isə onun transferi üçün əsas namizədlərdən biri kimi göstərilir.