BAKI, 16 aprel. TELEQRAF
Bernardo Silva mövsümün sonunda "Mançester Siti"dən ayrılacaq.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı portuqaliyalı 2017-ci ildən “Siti”də çıxış edir.
O, bu mövsüm Premyer Liqa klubunun heyətində 31 matça çıxıb, 2 qol, 4 asistlə yadda qalıb.