BAKI, 16 aprel. TELEQRAF
Almaniya təmsilçisi “Köln” komandada icarə əsasında çıxış edən Türkiyə millisinin futbolçusu Cenk Özkacar ilə bağlı qərarını verməyə hazırlaşır.
Teleqraf “Kicker”ə istinadən xəbər verir ki, Bundesliqa klubu 25 yaşlı müdafiəçinin müqaviləsində yer alan satınalma maddəsini işə salmaq niyyətindədir.
“Köln” klubunun bu transfer üçün Özkacarın məxsus olduğu İspaniyanın “Valensiya” klubuna təxminən 2 milyon avro (2,2 milyon dollar) ödəyəcəyi bildirilir.
Mövsümün ilk hissəsində əsas heyətdə yer almaqda çətinlik çəkən müdafiəçi sonradan şansını dəyərləndirərək start “11-liy”in dəyişilməz üzvlərindən birinə çevrilib. Son həftələrdə ardıcıl olaraq 90 dəqiqə meydanda qalması ilə diqqət çəkən milli futbolçu texniki heyətin etimadını qazanıb.
Qeyd edək ki, Cenk Özkacar cari mövsüm ümumilikdə 22 oyunda forma geyinib. Onun transfer dəyəri hazırda təxminən 3 milyon avro qiymətləndirilir. Futbolçunun “Valensiya” ilə müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.