BAKI, 15 aprel. TELEQRAF
ABŞ-nin"İnter Mayami" klubunun argentinalı baş məşqçisi Xavyer Maskerano vəzifəsindən istefa verib.
Teleqraf xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
41 yaşlı mütəxəssis bu qərarı şəxsi səbəblərdən aldığı bildirib: “İlk növbədə kluba mənə göstərilən etimada görə təşəkkür edirəm. Həmçinin bütün əməkdaşlara, xüsusilə də bizə unudulmaz anlar yaşadan futbolçulara minnətdaram. Azarkeşlərə də təşəkkür edirəm, çünki onlar olmasaydı, bunların heç biri mümkün deyildi”.
Qeyd edək ki, Masçerano 2024-cü ilin noyabrında “İnter Mayami”nin baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında Amerika klubu tarixində ilk dəfə olaraq MLS çempionu titulunu qazanıb.