BAKI, 14 aprel. TELEQRAF
Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, Siyasət Əsgərovun kollektivi səfərdə Andorra ilə üz-üzə gəlib.
"Andorra la Vella" stadionunda baş tutan qarşılaşma yığmamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda komandamızın qollarını kapitan Sevinc Cəfərzadə (15, 50) və Esra Manya (90+5) vurublar.
Qeyd edək ki, Azərbaycan millisi əvvəl Macarıstana uduzan yığma (0:1) Şimali Makedoniyanı (2:0) məğlub edib. Yığma hazırda C Liqasının 3-cü qrupunda 6 xalla ikinci pillədə qərarlaşıb.