BAKI, 31 mart. TELEQRAF

Türkiyənin “Fənərbağça”klubunun prezidenti Sadettin Saran qəzaya düşüb.

Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Ataşehirdə “Çobani” stadionuna gedərkən baş verib.

Bildirilir ki, Saranın ayağında, qolunda və boynunda göyərmələr əmələ gəlib, sürücüsü isə yüngül xəsarət alıb. Hadisə nəticəsində avtomobilə ziyan dəyib.

Buna baxmayaraq, Sadettin Saran özünü yaxşı hiss etdiyini bildirərək klub binasına gedib və rəhbərliklə keçirilən iclasda iştirak edib.