BAKI, 29 mart. TELEQRAF
Rumıniya millisinin 80 yaşlı baş məşqçisi Mirça Luçesku məşq zamanı huşunu itirərək xəstəxanaya yerləşdirilib.
Teleqraf xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyası (FRF) paylaşım edib.
“Son məşqdən əvvəl texniki iclas zamanı baş məşqçi Mirça Luçesku özünü pis hiss edib. Komandanın tibbi heyəti dərhal ona yerində ilkin yardım göstərib.Təcili yardım xidmətinə zəng edildikdən sonra məşq bazasına dərhal iki təcili yardım briqadası göndərilib. Tibbi heyətin operativ müdaxiləsi sayəsində baş məşqçinin vəziyyəti tezliklə stabilləşib.
Hazırda baş məşqçinin vəziyyəti sabitdir. Lakin mövcud tibbi protokollara uyğun olaraq və hər hansı riskləri istisna etmək məqsədilə Mirça Luçesku paytaxtdakı xəstəxanaya aparılıb. Burada onun hərtərəfli müayinəsi və ixtisaslaşdırılmış müşahidəsi təmin olunacaq” - deyə, paylaşəmda qeyd olunub.
Qeyd edək ki, Luçeskunun rəhbərlik etdiyi Rumıniya millisi DÇ-2026-nın seçmə mərhələsində Türkiyə ilə pley-off matçında 0:1 hesabı ilə məğlub olub.