BAKI, 29 mart. TELEQRAF

ABŞ-nin “İnter Mayami” klubu İngiltərə təmsilçisi “Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro ilə danışıqlara başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilir ki, 34 yaşlı braziliyalı futbolçu MLS klubuna keçməyə hazırdır.

Bununla yanaşı Kazemironun Avropa və Səudiyyə Ərəbistanından da təklifləri var.
Daha əvvəl futbolçu ilə “Los-Anceles Qalaksi” və “Əl-İttihad”ın maraqlandığı bildirilirdi.

Qeyd edək ki, Kazemiro 2022-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 30 oyuna çıxıb, 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.