BAKI, 23 mart. TELEQRAF

“İnter Mayami”nin futbolçusu Lionel Messi cərimə zərbələrindən vurulan qolların sayında əfsanəvi Peleni geridə qoyub.

Teleqraf xəbər verir ki, martın 22-də keçirilən müntəzəm çempionat oyununda Mayami təmsilçisi səfərdə "Nyu-York Siti"ni 3:2 hesabı ilə məğlub edib.

Qələbənin memarlarından biri olan argentinalı ulduz cərimə zərbəsindən vurduğu qolla yadda qalıb.

Bu, Messinin karyerası ərzində cərimə zərbəsindən vurduğu 71-ci qol olub. Bununla da o, braziliyalı əfsanə Peleni (70 qol) qabaqlayaraq futbol tarixində bu göstərici üzrə ikinci pilləyə yüksəlib.

Hazırda Messinin yalnız veteran futbolçu Juninyo Pernambukano (77 qol) qabaqlayır.